Böyrəküstü vəzlər böyrəklərin üzərində yerləşən cüt endokrin vəzlərdir. Bədən üçün çox əhəmiyyətli bir sıra hormonlar istehsal etməkdədir. Hər iki böyrəküstü vəzdə 90%-dən çox funksional toxuma itirilirsə, o zaman böyrəküstü vəzi çatışmazlıq əlamətləri başlayır. Bunlar daha çox kortizol hormonunun çatışmazlığına bağlı halsızlıq, yorğunluq, arıqlama, ishal, bu kimi əlamətlərlərlə özünü göstərir. Bu şikayətlərlə yanaşı xəstənin bütün bədənin bürünc rənginə dönməsi, rəngdə qaralma, büküşlərdə, dişlərdə və cinsiyyət üzvləri nahiyəsində ciddi qaralmalar başlaya bilir. Səbəbləri çoxdur. Vərəm xəstəliyindən tutmuş travmalara qədər, müxtəlif əməliyyatlara qədər və autoimmun xəstəliklərə qədər geniş spektrdə dəyişir. Müalicə hissəsi çox sadə olaraq – çatışmayan hormonları yerinə qoymaqla xəstələri xilas edə bilirik. Böyrəküstü vəzi hormonun çatışmazlığı Addison xəstəliyi adı ilə bilinir. Addison xəstəliyinin müalicəsi həyati önəm daşıyır və bu cür xəstələr mütləq şəkildə endokrinoloq nəzarətini davam etdirməlidirlər.