Böyrəküstü vəzi nədir?

Böyrəküstü vəzi (adrenal vəzi), böyrəklərin yuxarı qütbündə yerləşən daxili sekresiya vəzlərindən biri olub, endokrin sistemin vacib hissəsidir.

Böyrəküstü vəzi (adrenal vəzi), böyrəklərin yuxarı qütbündə yerləşən daxili sekresiya vəzlərindən biri olub, endokrin sistemin vacib hissəsidir. Bu vəzlər bədən funksiyalarının tənzimlənməsində mühüm rol oynayan hormonların sintezini və ifrazını həyata keçirir.

Anatomik quruluşu

Böyrəküstü vəzi iki əsas hissədən ibarətdir:

  1. Korteks (xarici təbəqə) – Steroid hormonlarını sintez edir və üç zonadan ibarətdir: zona glomerulosa, zona fasciculata, zona reticularis;

    • Kortizol – Karbohidrat, lipid və protein mübadiləsini tənzimləyir, iltihab əleyhinə təsir göstərir;
    • Aldosteron – Su-duz balansını və arterial təzyiqi tənzimləyir;
    • Androgenlər (DHEA və DHEA-S) – Cinsi inkişaf və reproduktiv sistem funksiyalarını tənzimləyir.
  2. Medulla (daxili təbəqə) – Simpatik sinir sistemi vasitəsilə idarə olunur və katexolamin hormonları ifraz edir:

    • Adrenalin (epinefrin) – Ürək-damar və sinir sisteminin fəaliyyətini sürətləndirir, “mübarizə və ya qaç” reaksiyasını aktivləşdirir.
    • Noradrenalin (norepinefrin) – Qan təzyiqinin və damar tonusunun tənzimlənməsində iştirak edir.

Böyrəküstü vəzinin funksiyaları

  • Metabolizm tənzimlənməsi – Kortizol qlükoza səviyyəsini tənzimləyərək enerji balansını qoruyur;
  • Su-duz mübadiləsinin idarə olunması – Aldosteron vasitəsilə orqanizmdə natrium və kalium səviyyəsiləri tarazlaşdırılır;
  • Stres reaksiyası – Adrenalin və noradrenalin kəskin stres vəziyyətində orqanizmin dəyişmiş şəraitə adaptasiyasını təmin edir;
  • İmmunitetin tənzimlənməsi – Kortizol iltihab reaksiyalarına nəzarət edir;
  • Cinsi hormonların ifrazı – Androgenlər kişi və qadın reproduktiv sistemlərinin fəaliyyətlərini tənzimləyir.

Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzi funksiyalarının pozulması müxtəlif endokrin xəstəliklərə səbəb ola bilər:

  • Kușinq sindromu – Həddən artıq kortizol ifrazı nəticəsində piylənmə, hipertenziya və osteoporoz inkişaf edir;
  • Addison xəstəliyi – Kortizol və aldosteron çatışmazlığı nəticəsində zəiflik, hipotenziya və elektrolit balans pozulması yaranır;
  • Feoxromasitoma – Medulladan katexolaminlərin həddən artıq ifrazı ilə müşayiət olunan yüksək təzyiq və taxikardiya sindromu;
  • Hiperaldosteronizm – Aldosteronun həddən artıq istehsalı nəticəsində natrium tutulması və arterial hipertenziya meydana çıxır.
Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Böyrəküstü vəzi

Böyrəküstü vəzidə törəmə aşkar olunarsa, endokrinoloq müayinəsindən keçmək vacibdirmi?

Böyrəküstü vəzlər bədənin hormonal balansını tənzimləyən vacib orqanlardan biridir. Bu vəzlərdə törəmə (adenoma, feoxromositoma, kortikal karsinoma, metastatik…

Oxu
Böyrəküstü vəzi

Konn sindromu nədir?

Aldosteron yüksəkliyi – birincili Hiperaldosteronizm (Konn sindromu) nədir? Birincili hiperaldosteronizm (və ya Konn sindromu) böyrəküstü vəzinin korteksində…

Oxu
Böyrəküstü vəzi

Feoxromositoma və paraqanqlioma nədir?

Feoxromositoma və paraqanqlioma nədir? Feoxromositoma və paraqanqlioma hər ikisi, bədənin simpatik və parasimpatik sinir sistemində yer alan və adrenalin…

Oxu