Feoxromositoma nədir?

Feoxromositoma böyrəküstü vəzinin beyin maddə (medulla) adlı hissəsində yaranan, adətən xoşxassəli olan, lakin yüksək hormon aktivliyi ilə müşayiət olunan nadir şişdir.

Feoxromositoma böyrəküstü vəzinin beyin maddə (medulla) adlı hissəsində yaranan, adətən xoşxassəli olan, lakin yüksək hormon aktivliyi ilə müşayiət olunan nadir şişdir. Bu şiş adrenalin və noradrenalinin kimi katexolamin hormonlarının həddən artıq ifrazına səbəb olur. Nəticədə orqanizm süni şəkildə stres keçirdiyini “düşünür” və cavab reaksiyası aktivləşir, bu da müxtəlif klinik əlamətlərin yaranmasına gətirib çıxarır. Feoxromositoma çox az hallarda bədxassəli şişə çevrilir.

Ən xarakterik əlamətlərinə qəfil başlayan hipertoniya, ürək döyüntülərinin sürətlənməsi, güclü baş ağrıları, tərləmə, əsnəmə, panikaya bənzər hisslər, bəzən isə sinə ağrısı daxildir. Bu simptomlar daimi deyil, dövri olaraq özünü göstərə və keçib gedə bilər. Xəstə bəzən saatlarla və ya günlərlə özünü tamamilə sağlam hiss edə, sonra isə qəfildən intensiv tutmalar başlaya bilər.

Diaqnoz qoymaq və dəqiqləşdirmək üçün qan və sidik analizlərində katexolaminlərin səviyyəsinin ölçülməsi, həmçinin MRT və KT kimi müayinələr aparılır. Əsas müalicə üsulu şişin cərrahi yolla xaric edilməsidir. Əməliyyatdan əvvəl qan təzyiqi və ürək ritmini sabitləşdirmək üçün xüsusi dərmanlar təyin olunur. Müalicə olunmadıqda feoxromositoma ciddi kardiovaskulyar fəsadlara səbəb ola biləcəyi üçün vaxtında diaqnostika və tibbi müdaxilə həyati əhəmiyyət daşıyır.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Böyrəküstü vəzi

Böyrəküstü vəzidə törəmə aşkar olunarsa, endokrinoloq müayinəsindən keçmək vacibdirmi?

Böyrəküstü vəzlər bədənin hormonal balansını tənzimləyən vacib orqanlardan biridir. Bu vəzlərdə törəmə (adenoma, feoxromositoma, kortikal karsinoma, metastatik…

Oxu
Böyrəküstü vəzi

Konn sindromu nədir?

Aldosteron yüksəkliyi – birincili Hiperaldosteronizm (Konn sindromu) nədir? Birincili hiperaldosteronizm (və ya Konn sindromu) böyrəküstü vəzinin korteksində…

Oxu
Böyrəküstü vəzi

Feoxromositoma və paraqanqlioma nədir?

Feoxromositoma və paraqanqlioma nədir? Feoxromositoma və paraqanqlioma hər ikisi, bədənin simpatik və parasimpatik sinir sistemində yer alan və adrenalin…

Oxu