Dr. Hidayət Məmmədzadə

Hidayət Məmmədzadə Türkiyə Endokrinologiya və Metabolizm dərnəyinin Azərbaycan Respublikasından ilk fəxri üzvü , eyni zamanda dərnəyin osteoporoz və digər metabolik sümük xəstəlikləri çalışma qrupunun üzvü, o cümlədən Avropa Endokrinologiya Cəmiyyəti və Amerika Endokrinologiya Cəmiyyətlərinin həqiqi üzvüdür.

xolestrin.az

Böyrəküstü vəzin çatışmazlığı nədir və əlamətləri nələrdir?

Böyrəküstü vəzlər böyrəklərin üzərində yerləşən cüt endokrin vəzlərdir. Bədən üçün çox əhəmiyyətli bir sıra hormonlar istehsal etməkdədir. Hər iki böyrəküstü vəzdə 90%-dən çox funksional toxuma itirilirsə, o zaman böyrəküstü vəzi çatışmazlıq əlamətləri başlayır. Bunlar daha çox kortizol hormonunun çatışmazlığına bağlı halsızlıq, yorğunluq, arıqlama, ishal, bu kimi əlamətlərlərlə özünü göstərir. Bu şikayətlərlə yanaşı xəstənin bütün bədənin bürünc rənginə dönməsi, rəngdə qaralma, büküşlərdə, dişlərdə və cinsiyyət üzvləri nahiyəsində ciddi qaralmalar başlaya bilir. Səbəbləri çoxdur. Vərəm xəstəliyindən tutmuş…

Kuşinq sindromu nədir və əlamətləri nələrdir?

Kuşinq sindromu endokrinoloqların qorxulu röyasıdır. Bu, bədəndə kortizol hormonunun yüksəlməsi ilə gedən və bir çox metabolik problemlərin var olduğu bir xəstəlikdir. Bu Harvey Kuşinqin adına verilən bir xəstəlikdir. Adətən üç forması olur: hipofizar qaynaqlı - hipofiz vəzindən AKTH hormonunun yüksəlməsilə gedən bir problem, böyrəküstü vəzidə kortizol hormonu yüksəlməsi ilə gedən bir problem və bir də ektopik, bu ağciyər ola bilər, bağırsaqlar ola bilər, bədənin hər hansı bir yerində kortizol hormonunun yüksəlməsi ilə gedən neyroendokrin bir…

Adisson xəstəliyi nədir və əlamətləri hansılardır?

Adisson xəstəliyi Tomas Adissonun, elm adamının şərəfinə verilən bir xəstəlikdir. Bu böyrəküstü vəzilərimizdə həyat üçün əhəmiyyətli kortizol hormonunun yetərsizliyi ilə gedən bir xəstəlikdir. Kortizol hormonundan başqa burada mineralokortikoidlər, yəni digər qan təzyiqimiz su-duz mübadiləsi üçün önəmli olan adesteron hormonu və bəzən də cinsi hormonların çatışmazlığı ilə gedən bir xəstəlikdir. Daha çox yaranma səbəbi autoimmundur, yəni genetik xəstəliklərə bağlıdır. Bəzən onkoloji xəstəliklərə, vərəm xəstəliyinə bağlı olaraq da böyrəküstü vəzidə hormon yetərsizliyi başlaya bilər. Böyrəküstü vəzilər cüt…