Böyrəküstü vəzin çatışmazlığı nədir və əlamətləri nələrdir?

Böyrəküstü vəzi çatışmazlığı nədir və əlamətləri hansılardır?

Böyrəküstü vəzi çatışmazlığı nədir və əlamətləri hansılardır?

Böyrəküstü vəzin çatışmazlığı bu vəzlərin korteks qatında istehsal olunan hormonların (xüsusilə kortizol və aldosteron) yetərli səviyyədə sintez olunmaması ilə xarakterizə olunan endokrin pozuntudur. Bu hal bədənin müxtəlif funksiyalarını pozaraq ciddi klinik nəticələrə gətirib çıxara bilər. Böyrəküstü vəzlər, kortizol, aldosteron, adrenalin və noradrenalin kimi hormonların istehsalını həyata keçirən və endokrin sistemin mühüm hissəsi olan orqanlardır.

Böyrəküstü vəzi çatışmazlığının səbəbləri

Böyrəküstü vəzi çatışmazlığı aşağıdakı səbəblərdən qaynaqlanır:

  1. Addison xəstəliyi (birincili adrenal çatışmazlıq) – Böyrəküstü vəzin zədələnməsi və hormon sintezinin azalması nəticəsində yaranır. Əsas səbəbləri kimi autoimmun xəstəliklər və infeksiyaları göstərmək olar;
  2. İkincili adrenal çatışmazlıq – Hipofiz vəzinin kortikotropin (ACTH) ifrazının azalması nəticəsində böyrəküstü vəzin stimulyasiyasının olmaması. Bu, hipofiz pozuntuları və ya steroid müalicəsinin qəfil kəsilməsi ilə əlaqəli ola bilər;
  3. Üçüncülü adrenal çatışmazlıq – Hipotalamusun normal fəaliyyətinin pozulması səbəbindən ACTH ifrazının azalması.

Böyrəküstü vəzi çatışmazlığının əlamətləri

Böyrəküstü vəzi çatışmazlığının klinik əlamətləri hormon çatışmazlığının dərəcəsinə və səbəbinə görə dəyişə bilər. Ən geniş yayılmış əlamətlər aşağıdakılardır:

  • Zəiflik və yorğunluq – Kortizolun azalması enerji istehsalını da azaldır. Bu da gündəlik fəaliyyətlərdə yorğunluğa və zəifliyə səbəb olur;
  • Hipotoniya (aşağı qan təzyiqi) – Aldosteron çatışmazlığı səbəbindən natriumun azalması və kaliumun artması qan təzyiqinin düşməsinə səbəb olur;
  • Hipoqlikemiya (aşağı qan şəkəri) – Kortizolun azalması bədənin qlükoza istehsalını tənzimləmək qabiliyyətini zəiflədir;
  • Hiperpiqmentasiya – Dərinin və selikli qişaların tündləşməsi ACTH-nin kompensasiya olaraq artması ilə əlaqədar meydana gəlir;
  • Qastrointestinal problemlər – Ürəkbulanma, qusma və qarın ağrısı və maddələr mübadiləsinin pozulmasından qaynaqlanır.
  • Depressiya və psixi dəyişikliklər – Kortizolun azalması əhval-ruhiyyənin pozulmasına və depressiv vəziyyətlərə səbəb ola bilər.



Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Böyrəküstü vəzi

Böyrəküstü vəzi nədir?

Böyrəküstü vəzi (adrenal vəzi), böyrəklərin yuxarı qütbündə yerləşən daxili sekresiya vəzlərindən biri olub, endokrin sistemin vacib hissəsidir. Bu vəzlər…

Oxu
Böyrəküstü vəzi

Böyrəküstü vəzidə törəmə aşkar olunarsa, endokrinoloq müayinəsindən keçmək vacibdirmi?

Böyrəküstü vəzlər bədənin hormonal balansını tənzimləyən vacib orqanlardan biridir. Bu vəzlərdə törəmə (adenoma, feoxromositoma, kortikal karsinoma, metastatik…

Oxu
Böyrəküstü vəzi

Konn sindromu nədir?

Aldosteron yüksəkliyi – birincili Hiperaldosteronizm (Konn sindromu) nədir? Birincili hiperaldosteronizm (və ya Konn sindromu) böyrəküstü vəzinin korteksində…

Oxu