Kuşinq sindromu nədir və əlamətləri nələrdir?

Kuşinq sindromu bədəndə kortizol hormonunun yüksəlməsi ilə müşayiət olunan və bir çox metabolik problemlərdən xəbər verən xəstəlikdir.

Kuşinq sindromu bədəndə kortizol hormonunun yüksəlməsi ilə müşayiət olunan və bir çox metabolik problemlərdən xəbər verən xəstəlikdir. Xəstəliyin adı onu ilk dəfə təsvir edən ABŞ neyrocərrahı Harvey Kuşinqin adı ilə bağlıdır.

Adətən üç formada müşahidə edilir:

  • Hipofizar mənşəli. Hipofiz vəzisində AKTH hormonunun normadan artıq ifraz edilməsi ilə müşayiət olunur;
  • Adrenal (böyürəküstü vəz mənşəli) forma. Böyrəküstü vəzidə kortizol hormonunun normadan artıq ifraz edilməsi ilə müşayiət olunur;
  • Ektopik forma. AKTH və ya kortizol hormonlarının bədənin başqa orqanlarında, məsələn ağciyərdə və ya bağırsaqlarda yaranan törəmələr tərəfindən istehsal olunması ilə müşayiət olunur.

Əlamətləri çoxdur, hardasa endokrinologiyada olmayan əlamət demək olar ki, yoxdur. Endokrinologiyada rast gəlinən bütün əlamətləri Kuşinq sindromuna da aid etmək olar. Bunların sırasına təzyiqin yüksəlməsi, qan şəkərinin yüksəlməsi, dəridə çatların əmələ gəlməsi, striyaların olması, boyun və ənsə nahiyəsində yağ yığılması ətrafların, qolların nazilməsi və qarından piylənmə daxildir. Bu cür xəstələrdə osteoporoz, sümük sınıqları meydana gəlir. Steroid, yəni metabolik hormonların bədəndə artıqlığı ilə müşayiət olunan Kuşinq sindromu əslində ölümcül xəstəlikdir. Qan təzyiqinin yüksəlməsi və ürək-damar xəstəliklərinin ağırlaşması həyati təhlükə yaradır. Lakin düzgün müalicə ilə bu xəstəlikdən tamamilə yaxa qurtarmaq mümkündür.  Xəstəliyin erkən diaqnostikası da bu prosesdə əhəmiyyətli rol oynayır.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Böyrəküstü vəzi

Böyrəküstü vəzi nədir?

Böyrəküstü vəzi (adrenal vəzi), böyrəklərin yuxarı qütbündə yerləşən daxili sekresiya vəzlərindən biri olub, endokrin sistemin vacib hissəsidir. Bu vəzlər…

Oxu
Böyrəküstü vəzi

Böyrəküstü vəzidə törəmə aşkar olunarsa, endokrinoloq müayinəsindən keçmək vacibdirmi?

Böyrəküstü vəzlər bədənin hormonal balansını tənzimləyən vacib orqanlardan biridir. Bu vəzlərdə törəmə (adenoma, feoxromositoma, kortikal karsinoma, metastatik…

Oxu
Böyrəküstü vəzi

Konn sindromu nədir?

Aldosteron yüksəkliyi – birincili Hiperaldosteronizm (Konn sindromu) nədir? Birincili hiperaldosteronizm (və ya Konn sindromu) böyrəküstü vəzinin korteksində…

Oxu