

Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stress reaksiyaları, immuniniteti də unutmaq olmaz. Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz müalicə almış xəstələrdə araşdırma zamanı “zob” sürprizi ilə rastlaşırıq.

