Diabetli xəstələr hər yeməkdən sonra dişlərini fırçalamalı, dil fırçası ilə dilin səthi təmizlənməli, diş ipliklərindən istifadə etməlidirlər. Gecə yatmamışdan qabaq dişlər fırçalanıb, diş aralarının təmizlənməsi unudulmamalıdır. Ara öyünlərdə ağzı su ilə yaxalamaq lazımdır. Gün boyu çox su içməli (ağız quruluğu olmasın deyə) və diş fırçalarını tez-tez dəyişməlidirlər. Yumşaq diş firçaları istifadə edilməlidir. Həssas dişlər üçün nəzərdə tutulmuş diş pastalarını stomatoloqla məsləhətləşərək istifadə etməlidirlər. Ağızda hansısa bir rəng dəyişikliyi, qanama, şişkinlik, yara narahatçılıqları varsa ağrı gözləmədən mütləq diş həkiminə getmələri çox vacibdir.
Sağlam bir həyat üçün ağız və diş sağlamlığı
Sağlam bir həyat üçün ağız və diş sağlamlığının əhəmiyyəti böyükdür.

Dr. Hidayət Məmmədzadə
Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.
Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.
Həkim haqqında ətraflıOxumağa davam edin
Bu mövzuda başqa yazılar
Böyrəküstü vəzi nədir?
Böyrəküstü vəzi (adrenal vəzi), böyrəklərin yuxarı qütbündə yerləşən daxili sekresiya vəzlərindən biri olub, endokrin sistemin vacib hissəsidir. Bu vəzlər…
OxuBöyrəküstü vəzidə törəmə aşkar olunarsa, endokrinoloq müayinəsindən keçmək vacibdirmi?
Böyrəküstü vəzlər bədənin hormonal balansını tənzimləyən vacib orqanlardan biridir. Bu vəzlərdə törəmə (adenoma, feoxromositoma, kortikal karsinoma, metastatik…
OxuKonn sindromu nədir?
Aldosteron yüksəkliyi – birincili Hiperaldosteronizm (Konn sindromu) nədir? Birincili hiperaldosteronizm (və ya Konn sindromu) böyrəküstü vəzinin korteksində…
Oxu